Tovuzda itkin düşən 1987-ci il təvəllüdlü Arzu Müseyibovun meyiti su kanalında tapılıb.
Rezonans.az xəbər verir ki, onun meyiti rayonun Xatınlı kəndi ərazisindən keçən su kanalında aşkar edilib.
Belə ki, Arzu Müseyibov avqustun 17-dən itkin düşmüş hesab olunurdu.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.










