Bu şəxslər vergi ödəməyəcək

Bu şəxslər vergi ödəməyəcək

Fiziki şəxsin hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə ödəmə mənbəyində vergi tutmaq öhdəliyi yaranmır.

Rezonans.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fəaliyyət növü “7729002 – Digər paltarların kirayəsi” olan və 14 faiz dərəcə ilə gəlir vergisi ödəyən fiziki şəxsin ofisi hüquqi şəxsdən icarəyə götürməsi ilə bağlı suala aydınlıq gətirib.

Bildirilib ki, Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, hüquqi şəxslərə (müəssisələrə) və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə ödənilən icarə haqları ödəmə mənbəyində vergitutma obyekti deyil. Bu səbəbdən həmin icarə ödənişindən ödəmə mənbəyində vergi tutulması öhdəliyi yaranmır.

Dövlət Vergi Xidmətindən həmçinin qeyd olunub ki, qeyri-sahibkarlıq fəaliyyəti üzrə əldə edilən illik gəlirdən xərclər nəzərə alınmadan 14 faiz dərəcə ilə vergi tutulur.

Gəlir vergisi üzrə “Gəlir vergisinin bəyannaməsi” hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Xəbəri paylaş: