Ursula fon der Lyayen Bakıya GƏLİR

img

Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ-Azərbaycan əməkdaşlığını gücləndirmək üçün sabah Bakıya səfər edəcəklər.

 

Rezonans.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

 

Rusiyanın enerji təchizatını silahlandırmaqda davam etdiyi bir şəraitdə bizim enerji idxalımızın şaxələndirilməsi Aİ üçün prioritet məsələdir. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ ilə Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirmək üçün sabah Azərbaycanda olacaqlar.

 

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər planlaşdırılıb.

Xəbəri paylaş: