Paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Rezonans.az-a DİN-in mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.
Araşdırma aparılır.










