Fransa rəsmi olaraq ölümcül xəstə olan yetkinlərə evtanaziya hüququ verən qanun qəbul edib.
Rezonans.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Qanunun mətni ölkənin ən yüksək konstitusiya orqanı tərəfindən təsdiqlənib.
Fransa bu təcrübəni qanuniləşdirən Hollandiya, Belçika, İsveçrə və Kanada da daxil olmaqla kiçik bir qrup ölkəyə qoşulur.
İllərlə davam edən müzakirələrdən sonra çərşənbə günü dərc olunan sənəd, Fransa vətəndaşı və ya daimi sakini olan, sağalmaz hesab edilən və dözülməz ağrıya səbəb olan xəstəliklərdən əziyyət çəkən yetkin xəstələr üçün evtanaziya hüququnu təsbit edir.
Həkim xəstənin meyarlara cavab verdiyini yoxlamalıdır. Təsdiq aldıqdan sonra xəstələr prosedurdan ən azı iki gün əvvəl gözləməli və prosedur günü qərarlarını yenidən təsdiqləməlidirlər.
Xəstə istənilən vaxt razılığını geri götürə bilər. O, ölümcül maddəni özü içməlidir, əgər fiziki olaraq bunu edə bilmirsə, bu halda ona səhiyyə işçisi kömək edə bilər.
İndiyə qədər Fransa süni həyat dəstəyinin kəsilməsi kimi passiv evtanaziyaya, eləcə də ölümdən əvvəl dərin sedasiyaya icazə verirdi.










