Dünya əmtəə bazarlarında neft qiymətləri ucuzlaşıb.
Rezonans.az xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,34 dollar və ya 0,38% azalaraq 89,36 ABŞ dollarına düşüb.
ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,32 dollar və ya 0,38% ucuzlaşaraq 83,21 dollar təşkil edib.










