"Bu, Paşinyanın ermənilərə inamsızlığından xəbər verir" - Lavrov

"Bu, Paşinyanın ermənilərə inamsızlığından xəbər verir" - Lavrov

Ermənistanın baş naziri Nikol Paşinyanın respublikanın Aİ-yə üzvlüyü ilə bağlı yalnız ərizə təqdim etdikdən və "yol xəritəsi" hazırladıqdan sonra referendumdan danışmağın mümkün olacağı barədə açıqlamaları onun öz xalqına çox da yüksək etimad göstərmədiyini göstərir.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC telekanalına verdiyi müsahibədə bildirib.

"Mənim fikrimcə, bu, Ermənistan seçicilərinə, Ermənistan xalqına inamsızlıqdan xəbər verir. Dürüst seçim etmək lazımdır. Son üç ildə ticarət dövriyyəsi altı milyarddan çox, bir ildə isə 12 milyard dollar olduğu halda, mən kimi seçməliyəm? Ümumiyyətlə, Ermənistan AİB hesabına inkişaf edirdi", - deyə Lavrov qeyd edib.

Xəbəri paylaş: