İran təyyarədaşıyan gəmiyə ballistik raketlər atdı - ABŞ cavab verdi

İran təyyarədaşıyan gəmiyə ballistik raketlər atdı - ABŞ cavab verdi

İran ABŞ təyyarədaşıyan gəmisinə və dəniz gəmisinə bir neçə ballistik raket atıb.

Rezonans.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. 

Bildirilib ki, gəmilər zədələnib və münaqişə zonasını tərk etmək məcburiyyətində qalıblar.

ABŞ tərəfi raket hücumunu təsdiqləyib, lakin raketlərin gəmilərə dəydiyini inkar edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, təyyarədaşıyan gəmi və eskadrilya bir neçə İran hücumundan yayınıb və Amerika hərbçilərindən heç biri xəsarət almayıb.

Bunun ardınca ABŞ qüvvələri İranın üç neft tankerini vurub. Xarq adası yaxınlığındakı M/T Downy və Cask yaxınlığındakı M/T Stark 1 sıradan çıxarılıb, yüklənməmiş M/T Kylo (Noxen) isə Oman körfəzində məhv edilib.

SEPAH Tehranın icazəsiz hesab etdiyi marşrutlarla Hörmüz boğazından keçən daha üç neft tankerinə hücum edərək cavab verdiyini bildirib. İran həmçinin ABŞ ilə əlaqəli olduğu güman edilən daha üç gəmiyə hücumlar barədə məlumat verib.

Xəbəri paylaş: