Türkiyə milli müdafiə və təhlükəsizlik büdcəsini artırmağı planlaşdırır.
Rezonans.az xəbər verir ki, bu sahədə xərclər 229 faiz artacaq.
Maliyyələşdirmədə əhəmiyyətli artımı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada hökumətin 2027-2029-cu illər üçün üç illik iqtisadi planını əks etdirən Orta Müddətli İqtisadi Proqramın təqdimatı zamanı açıqlayıb.
Yılmazın sözlərinə görə, ölkənin əsas prioriteti hərbi-sənaye kompleksində tam müstəqilliyə nail olmaq və özünün yüksək texnologiyalı silahlarını inkişaf etdirmək olaraq qalır.
Büdcənin əhəmiyyətli dərəcədə artırılması Türkiyəyə qırıcı təyyarələrin, hava hücumundan müdafiə sistemlərinin, pilotsuz uçuş aparatlarının və zirehli texnikanın hazırlanması üzrə davam edən layihələri sürətləndirməyə, eləcə də ölkənin hərbi komponentlərin idxalından asılılığını azaltmağa imkan verəcək.
Qeyd edək ki, Türkiyə NATO-nun üzvüdür.










