ABŞ-də daha bir təyyarə qəzası olub - Ölənlər var

ABŞ-də daha bir təyyarə qəzası olub - Ölənlər var

Kaliforniyanın San Dieqo şəhərindəki Montqomeri Fild hava limanında kiçik təyyarə qəzaya uğrayıb. 

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki,  hadisə nəticəsində iki nəfər həlak olub.

San Dieqo Yanğından Mühafizə İdarəsinin məlumatına görə, 30 yanğınsöndürən hadisə yerindədir və aeroportun uçuş-enmə zolağında baş verən təyyarə yanğınını söndürür. Onlar əlavə ediblər ki, aeroport müvəqqəti olaraq bağlanıb.

 

Hadisənin baş vermə səbəbləri hələ də bəlli deyil.

Xəbəri paylaş: