Qadın sürücü piyadanı vuraraq öldürdü

Qadın sürücü piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Rezonans.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektindən Koroğlu metrostansiyası istiqamətdə yerləşən asma körpünün altında qeydə alınıb.

 

1987-ci il təvəllüdlü Fəhimə Şahverdiyeva idarə etdiyi "Volkswagen" markalı avtomobillə yolu kəçən 1958-ci il təvəllüdlü Mərdan Mehdiyevi vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbəri paylaş: