Bu ilin iyul-avqusta aylarında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) yola düşən sərnişinlərin sayında artım qeydə alınıb.
Rezonans.az xəbər verir ki, iyul ayında 198 812 sərnişin rahat və təhlükəsiz səyahət üçün BBAK-ı seçmişdirsə, avqust ayında bu rəqəm 202 356 nəfər olub. Bu isə rəqəmlə ifadədə 3 544 nəfər və ya 1,8% artım deməkdir.
Onlayn bilet alan sərnişinlərin sayında da müsbət dinamika müşahidə olunub. İyulda sərnişinlər biletim.az portalı üzərindən 77 667 bilet aldığı halda, avqustda bu göstərici 79 534 nəfərə çatıb. Beləliklə, onlayn bilet alan sərnişinlərin sayı 1 867 nəfər və ya 2,4% artıb.
Bununla da onlayn bilet alan sərnişinlərin sayı 39,1%-dən 39,3%-ə yüksəlib.
Artan göstəricilər vətəndaşların Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və onlayn bilet xidmətinə marağının artdığını deməyə əsas verir.










