Azərbaycan millisi Belçikada 1/4 final matçına çıxır

Azərbaycan millisi Belçikada 1/4 final matçına çıxır

3x3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu gün Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında növbəti oyununa çıxacaq.

Rezonans.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16:45-də başlayacaq 1/4 final matçında rəqib Fransa seçməsi olacaq.

Qarşılaşmanın qalibi yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycan millisi A qrupunda keçirdiyi ilk oyunda Niderlanda 12:21 hesabı ilə məğlub olub. Komandamız ikinci qarşılaşmada Ukraynaya 20:7 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Xatırladaq ki, millimiz ötən il keçirilən Avropa Kubokunda gümüş medal qazanıb. Komandamız finalda Niderland seçməsinə 16:21 hesabı ilə məğlub olub.

Xəbəri paylaş: