Husilər Səudiyyə Ərəbistanının hərbi bazasına zərbə endiriblər

Husilər Səudiyyə Ərəbistanının hərbi bazasına zərbə endiriblər

Yəmən husiləri Səudiyyə Ərəbistanının cənubundakı Şarura şəhərində yerləşən hərbi bazaya raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirildiyini bildiriblər. Zərbələrin hədəfi silah anbarları və idarəetmə məntəqələri olub.

Rezonans.az xəbər verir ki, bu barədə husi silahlı qüvvələrinin rəsmi nümayəndəsi, general Yəhya Saria "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, əməliyyat çoxlu sayda ballistik raket və dronlardan istifadə olunmaqla həyata keçirilib və zərbələrin dəqiqliyi yüksək olub.

Saria qeyd edib ki, bu hücum qruplaşmanın Səudiyyə Ərəbistanının Yəmənə qarşı davam edən təcavüzü kimi qiymətləndirdiyi hərəkətlərə cavab olub.

O, həmçinin hərbi əməliyyatların davam edəcəyi təqdirdə Səudiyyə Ərəbistanı ərazisinin dərinliklərinə yeni zərbələr endiriləcəyi ilə hədələyərək gələcək əməliyyatların "daha şiddətli və genişmiqyaslı" olacağını bəyan edib.

General ötən saatlarda general Səudiyyə hərbçilərinin son 48 saat ərzində Yəməndə husilərin mövqelərinə 129 aviazərbə endirdiyini bildirmişdi.

Xəbəri paylaş: