Metroda nasazlıq yarandı - YENİLƏNİB

Metroda nasazlıq yarandı - YENİLƏNİB

"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə Rezonans.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:41

Metronun "İçərişəhər" stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb.

Bu barədə Rezonans.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılır", - məlumatda bildirilib və əlavə edilib ki, qısa müddət ərzində Qırmızı xətt üzrə intervallar bərpa olunacaq.

Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edir.

Xəbəri paylaş: