Xalq artisti Zaur Rzayevdən xəbər var

Xalq artisti Zaur Rzayevdən xəbər var

Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Rezonans.az-a Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Qeyd olunub ki, Xalq artistinin müalicəsi ev şəraitində davam etdirilir.

Xatırladaq ki, Xalq artisti Zaur Rzayev sentyabrın 5-də Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunmuşdu. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu qoyulmuşdu.

Xəbəri paylaş: