"Neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək" - Tramp

"Neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək" - Tramp

"İranla hərbi münaqişə başa çatdıqdan sonra neft və benzinin qiymətləri kəskin şəkildə aşağı düşəcək".

Rezonans.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında keçirilən mitinqdə deyib. 

Onun sözlərinə görə, nizamlanmanın hansı yolla əldə ediləcəyindən asılı olmayaraq, İranla münaqişə yaxın vaxtlarda başa çatacaq.

"Biz bu və ya digər şəkildə İranla işi çox tezliklə bitirəcəyik. Benzinin və neftin qiymətləri kəskin şəkildə düşəcək", - Amerika lideri vurğulayıb. 

Xəbəri paylaş: