“Ortaq gələcək naminə dialoq” beynəlxalq əməkdaşlığın əsas şərtidir

“Ortaq gələcək naminə dialoq” beynəlxalq əməkdaşlığın əsas şərtidir

Prezident cənab İlham Əliyevin 27 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın müasir dünyada siyasi mövqeyini, dövlətçilik fəlsəfəsini, milli ideoloji əsaslarını və beynəlxalq münasibətlər sisteminə baxışını əhatə edən mühüm siyasi mesajlarla yadda qaldı. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumda dövlət başçısının səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq yalnız humanitar əməkdaşlıq istiqaməti deyil, eyni zamanda, beynəlxalq təhlükəsizliyin, qarşılıqlı etimadın, dayanıqlı inkişafın və dövlətlərarası münasibətlərin sağlam əsaslar üzərində qurulmasının mühüm vasitəsidir. 

Milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə milli maraqlar ətrafında birliyin qorunması ölkəmizin qarşılaşa biləcəyi çağırışlara qarşı vahid mövqedən çıxış etməsinə imkan verir. Milli mənsubiyyətin, dövlətçiliyin, müstəqilliyin və milli həyat tərzinin qorunması bu gün hər bir vətəndaşın və cəmiyyətin qarşısında duran ən başlıca və dəyişməz prioritetdir. Məlumdur ki, müasir dünyada ksenofobiya, islamofobiya, antisemitizm və irqi ayrı-seçkilik kəskin şəkildə artmaqdadır. Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa uğraması haqqında fikirlərin səsləndiyi, bir çox bölgələrdə dini və etnik münaqişələrin alovlandığı bir şəraitdə Azərbaycan tamamilə fərqli bir mənzərə təqdim edir. Dünya sürətlə dəyişir, proqnozlaşdırılması çətinləşən qlobal geosiyasi proseslər, təəssüf ki, yeni münaqişələrin və dərinləşən ziddiyyətlərin yaranması ilə müşayiət olunur. Belə bir mürəkkəb tarixi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərindən düşünülmüş, strateji baxışlarla zəngin çıxışı həm ölkəmizin keçdiyi tarixi yolu, həm də müasir beynəlxalq münasibətlər sistemindəki aparıcı rolunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin Forumundakı proqram xarakterli çıxışına diqqət çəkərək, vurğulayıb ki, bu gün Azərbaycanda cəmiyyət daxilində heç bir təhdid və ya risk mənbəyi yoxdur. Ölkəmizə qarşı yönələ biləcək bütün ehtimal olunan təhlükələr məhz xarici amillərlə bağlıdır. İdeoloji təxribatlar fiziki təhlükələr qədər dağıdıcı qüvvəyə malikdir və bu istiqamətdə hər zaman ayıq-sayıq olmalıyıq. Ölkəmiz hərbi qələbəsini təmin etdikdən və qarşı tərəfi kapitulyasiyaya məcbur etdikdən dərhal sonra prosesi dayandıraraq sivil sülh təklifini masaya qoyub. Azərbaycanın yaratdığı bu unikal təcrübə və mövcud presedent müasir dünyada davam edən digər regional münaqişələrin tənzimlənməsi üçün də effektiv nümunə hesab olunmalıdır. Milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin cəmiyyətdə möhkəmləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə, milli maraqlar ətrafında birliyin qorunması ölkəmizin qarşılaşa biləcəyi çağırışlara qarşı vahid mövqedən çıxış etməsinə imkan verir. Milli mənsubiyyətin, dövlətçiliyin, müstəqilliyin və milli həyat tərzinin qorunması bu gün hər bir vətəndaşın və cəmiyyətin qarşısında duran ən başlıca və dəyişməz prioritetdir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: