MİQ imtahanlarının nəticələri ləğv edilsin - BƏYANAT

img

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi MİQ imtahanlarının suallarına dair qalmaqalla bağlı Bəyənat yayıb.

 

Rezonans.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"Bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində işə qəbul üzrə MİQ imtahanı keçirilir. Cari ildə keçirilən MİQ imtahanında istifadə olunan test tapşırıqlarının maddi maraq qarşısında digər şəxslərə verilməsi faktı qeydə alınıb və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən rəsmi etiraf edilib.

 

Biz hesab edirik ki, MİQ imtahanının keçirilməsinə əsaslı şübhələr var və cari il üçün keçirilən bütün imtahanlar, onun nəticələri ləğv edilməlidir.

 

2022-ci il üçün MİQ imtahanın keçirilməsi üçün müəyyən edilmiş bütün rəhbər və müəllif - ekspert heyyəti təcili olaraq istefa verib uzaqlaşdırılmalı, onun ardınca hüquq mühafizə orqanları bu şəxlər barədə araşdırma aparılmalıdır.

 

Bir daha Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi olaraq Təhsil Nazirliyi tərəfindən 2022-ci ildə keçirilən imtahanların nəticəsinin ləğvini tələb edirik və bütün imtahan nəticələrini etibarsız hesab edirik.

Xəbəri paylaş: