Şəkidə bir qəsəbədə yaşayan 58 nəfər zəhərlənib.
Rezonans.az xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Onlardan 41-i yeniyetmədir.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib. Hazırda faktla bağlı araşdırma aparılır.










