Ağdaş sakinini cərəyan vurub öldürdü

img

Ağdaş sakinini cərəyan vurub öldürdü Ağdaşda kişini elektrik cərəyanı vurub.

 

Rezonans.az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində olub.

 

1978-ci il təvəllüdlü T.Hüseynov özünə məxsus traktorda qaynaq cihazı ilə təmir apararkən onu elektrik cərəyanı vurub.

 

Nəticədə o, hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: