Hərbçilərə təlim keçirilir

img

Moldova ordusu iyulun sonunda ehtiyatda olan hərbçilərə təlimlər keçirəcək.


Rezonans.az
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Təlimlər iyulun 25-dən 29-na kimi nəzərdə tutulub.


Təlimlər ehtiyatda olan hərbçilərin bilik və bacarıqlarının yoxlanılması, o cümlədən milli ordunun silah və texnika ilə davranış üzrə praktiki hərəkətlərin məşq edilməsinə yönəldiləcək.


Ərazi hərbi mərkəzləri və ya qeydiyyatda olduqları yer üzrə hərbi inzibati idarələr tərəfindən göndərilmiş çağırış vərəqələri ilə vətəndaşlar təlim barədə əvvəlcədən məlumatlandırılıblar.

 

Silahlı qüvvələrin ehtiyatda olan hərbçilərinin iştirakı ilə keçirilən təlimlər hər il hökumətin qərarı ilə və “Silahlı Qüvvələrin ehtiyatı haqqında” qanuna uyğun olaraq təşkil olunur və kadr ehtiyatının hazırlığı proqramının tərkib hissəsidir.

Xəbəri paylaş: