Ukraynada 28-ci İxtisaslaşmış Atıcı Briqadasının hərbçiləri şahin quşuna “Bayraktar” adı veriblər.
Rezonans.az xəbər verir ki, bu barədə “Cənub” Ordu Komandanlığının “Facebook” səhifəsindən məlumat verilib.
Əvvəlcə, hərbçilər yaralı quşu müalicə ediblər. Daha sonra "Bayraktar" öz növbəsində minnətdarlıq hissi ilə Ukrayna müdafiəçilərin keşiyini çəkməyə başlayıb.










