Hosteldə faciə: 8 nəfər yanaraq öldü

img

Moskvada hosteldə baş verən yanğın nəticəsində 8 nəfər həlak olub, daha 4 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Rezonans.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın Almaata küçəsindəki hosteldə baş verən yanğına elektrik naqillərinin yüklənməsi səbəb olub.

 

Məlumata görə, sakinlər yanğın zamanı zəhərli qazdan boğularaq ölüblər.

 

Hostel birinci mərtəbədə yerləşsə də, pəncərələrdə barmaqlıqlar quraşdırıldığı üçün insanların çoxu hadisə zamanı xilas ola bilməyib. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Xəbəri paylaş: