Xəzərdə batan Şəhid oğlu və qazinin axtarışları davam edir

img

İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub.

 

Bu barədə Rezonans.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Axtarışlar davam etdirilir.

 

Qeyd edək ki, xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.

Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən Müharibəsi qazisidir.

Xəbəri paylaş: