Səbuhi Abdullayev Vətən müharibəsi qaziləri ilə görüş keçirib

img

Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev bir qrup Vətən müharibəsi qaziləri ilə görüş keçirib.


Rezonans.az xəbər verir ki, görüşdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanmasından, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqlarından söhbət açılmışdır. 


Görüş zamanı qazilər dinlənilmiş, onları narahat edən problemlər öyrənilmiş və həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür. Müharibə qaziləri onlara  göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Xəbəri paylaş: