Ötən həftə dünyada 6,6 milyon nəfər koronavirusa yoluxub ki, bu da daha əvvəlki həftə ilə müqayisədə 600 000 nəfər azdır.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, son 7 həftədə ilk dəfə COVID-19-a yoluxma sayı azalıb. Həftə ərzində təxminən 15 000 koronavirus xəstəsi vəfat edib.
Yoluxma göstəricisi ölkələr üzrə ciddi şəkildə fərqlənir. Belə ki, ABŞ-da yoluxma artdığı halda Braziliya və Meksikada azalma müşahidə olunur. Avropa ölkələrindən Fransa və İtaliyada yeni xəstə sayında ciddi azalma müşahidə edilir. Almaniyada isə artım kifayət qədər yüksəkdir.
İndoneziya və Malaziyaya gəlincə, bu ölkələrdə xəstə sayında kəskin artım olub.










