ABŞ-da daşqınlar zamanı ölənlərin sayı artıb

img

ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

 

Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını, bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini bildirib.

 

“Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - rəsmi açıqlamada deyilir.

 

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. O, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.

Xəbəri paylaş: