DİN Göygöl rayonunda təşkil olunan II Yaylaq Festivalı ilə bağlı MƏLUMAT YAYDI

img

İyul ayının 29-dan 31-dək  Göygöl rayonunda təşkil olunan II Yaylaq Festivalı ilə bağlı Göygöl rayon rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət apararaq ictimai asayişin qorunması və nəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlər görüb. 


Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Rezonans.az-a açıqlamasında bildirib ki, bu tədbirlər nəticəsində festival zamanı yağış yağan zaman vətəndaşlar eyni anda ərazini tərk edən zaman yol polisi əməkdaşları nəqliyyatın növbəliliyini təmin edərək sürücü və sərnişinlərin təhlükəsiz şəraitdə mənzil başına çatmasını təmin ediblər. 


İyul ayının 31-də bitən festival ərəfəsində polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində nə cinayət xarakterli nə də inzibati xarakterli hüquqpozma qeydə alınmayıb, vətəndaş məmnunluğunun və təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq işlər görülüb.

Xəbəri paylaş: