2 gündə 84 nəfər tutulub

img

İyulun 30-də və 31–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 92-sinin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.    


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.

Xəbəri paylaş: