ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.
Rezonans.az bu barədə “Flight Radar 24” resursuna istinadə xəbər verir.
Pelosinin təyyarəsinin tezliklə Tayvanın paytaxtı Taybeydə enəcəyi gözlənilir.
Çin Hərbi Hava Qüvvələri Tayvan istiqamətinə Su-35 qırıcıları göndərib.










