ABŞ Səudiyyəyə 3 milyardlıq silah satacaq

img

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına "Patriot" hava hücumundan müdafiə sistemlərinin satılmasına razılıq verib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Müqavilənin ümumi dəyəri 3 milyard dollardır. Razılaşmaya raket sistemləri ilə yanaşı ehtiyat hissələr və logistik dəstək daxildir.

 

Razılaşma Konqres tərəfindən təsdiq edilməlidir.

 

Sistemlər Səudiyyə Ərəbistanının ballistik raketlərdən qorunmasını təmin edəcək.

 

Xəbəri paylaş: