Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm QƏRAR

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm

44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbə Cənubi Qafqazın geosiyasətində əsaslı dəyişikliklərə səbəb olmaqla yanaşı ənənəvi güc balansını dəyişdi və regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı.

Hazırda Ermənistanla Azərbaycan arasında 1994-cü ildə imzalanmış atəşkəsdən sonra mövcud olan status-kvo aradan qaldırılmış və yeni reallıqlar ortaya çıxmışdır. Hər zaman bölgədə sülhün və ədalətin tərəfdarı kimi çıxış edən Azərbaycan dövləti şanlı qələbəmizin davamı olaraq Ermənistanla əlaqələrinin normallaşdırılmasının tərəfdarı kimi çıxış etmişdir. Ölkə başçımızın dəfələrlə vurğuladığı kimi Azərbaycan qonşu dövlətlərlə sülh şəraitində yaşamağın tərəfdarıdır.
Ərazi bütövlüyünü bərpa edən dövlətimiz Cənubi Qafqazda yeni bir dövrün, sülh və inkişaf üçün fürsət dövrünün başlanmasında əsas rol oynadı. Məhz şanlı qələbəmiz və dövlətimizin bütün sahələrdə əldə etdiyi uğurlar ölkəmizin hüdudlarından kənarda da diqqətlə izlənilir və beynəlxalq ictimaiyyət üçün də böyük əhəmiyyət kəsb edir. Ermənistanın tarix boyu əzəli torpaqlarımıza olan əsassız iddiaları və 90-cı illərin illərin əvvəllərindəki işğalı bölgədə təhlükəsizlik və sabitlik üçün əsas təhdid təşkil edirdi. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə edilmiş zəfər bu istiqamətdə yeni imkanların yaranmasına gətirib çıxardı. Xüsusilə iki dövlət arasında sülh müqaviləsinin imzalanması və hər iki dövlət arasında sərhədlərin delimitasiyası və demarkasiyası başlıca vəzifə kimi qarşıda duran əsas vəzifədir. Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyanın çarəsizliyi və Azərbaycanın irəli sürdüyü şərtlərlə razılaşmaqdan başqa yolunun olmadığı onun son günlərdə verdiyi bəyənatlardan da aydın görünürdü. Erməni baş nazir öz çıxışlarında Azərbaycanla münasibətlərin normallaşmasına və sülh danışıqlarına başlanılmasına hazır olduqlarını dəfələrlə qeyd edirdi. Rusiya və Türkiyə dövlətlərinin vasitəçiliyi ilə başlanılmış danışıqların son mərhələsi Belçikanın paytaxtı Brüsseldə 2022-ci il aprelin 6-da baş tutmuşdur. Qeyd etməliyik ki, son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlmişdir. Xüsusilə son proseslərdən sonra Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun əhəmiyyətini dərindən anlayan Qərb bu regionda sülhün təminatçısı rolunu öz üzərinə götürmüş və iki dövlət arasında danışıqlar prosesində vasitəçilik etməkdədir. Aprelin 6-da Avropa Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə iki dövlət başçısı arasında 4 saat yarımdan çox davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupunun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilmiş və konkret yol xəritəsi hazırlanmışdır. Qeyd edilməlidir ki, iki dövlət arasında sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət tələb və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözü gedən sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyüdür.
Brüssel görüşü əldə edilən razılaşma Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yürütdüyü müdrik siyasətin məntiqi nəticəsidir. Xüsusi olaraq qeyd etməliyik ki, bu razılaşma bir daha dövlətimizin başçısının siyasi-diplomatik səylərinin qələbəsi və Ermənistanın bütün cəhdlərinin iflasıdır.


Samir Baxşiyev YAP Siyəzən rayon təşkilatının sədri.

Xəbəri paylaş: