“Rusiya hələ də müharibəyə fokuslanıb” – XİN başçısı

img

Ukraynaya endirilən artilleriya zərbələri və raketlər Rusiyanın danışıqlara deyil, müharibəyə fokuslandığını göstərir.

Rezonans.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitter hesabında yazıb.

"Putin tərəfdarlarının Rusiyanın danışıqlara hazır olması barədə deyilənlərdən daha rüsvayçı heç nə yoxdur. Biz bu "hazırlığı" hər gün eşidirik və görürük: artilleriya zərbələri, dinc əhaliyə qarşı raket terroru, kütləvi vəhşiliklər. Rusiya hələ də müharibəyə fokuslanıb, qalan hər şey sadəcə tüstü pərdəsidir”, - Kuleba bildirib.

Xəbəri paylaş: