Göyçayda kanaldan naməlum kişi meyiti tapıldı

img

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonu, Şəhadət kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

 

Nazirlikdən Rezonans.az-a verilən məlumata görə, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

 

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbəri paylaş: