Xorvatiyada 12 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.
Rezonans.az xəbər verir ki, Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb.
Avtobusda polşalı zəvvarlar olub. Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.










