Bölmə rəisi qəza törətdi - ÖLƏN VAR

img

Şəmkir rayonunun Kür qəsəbəsinin bölmə rəisi Bakı-Qazax yolunda qəza törədib.

 

Rezonans.az "Report"a istinadən xəbər verir ki, hadisə avqustun 8-də gecə saat 2 radələrində qeydə alınıb.

 

Belə ki, Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqov idarə etdiyi avtomobillə xidmət zamanı yolun piyada keçidi üçün müəyyən olunmayan ərazisində 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurub. Hadisə yolun qaranlıq hissəsində - Aşağı Quşçu kəndinin yaxınlığında olub.

 

Qəzada xəsarət alan şəxsə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.

 

Araşdırma aparılır.

Xəbəri paylaş: