Rusiyanın itkiləri getdikcə artır - SON RƏQƏMLƏR

img

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun verdiyi itkilərin sayı açıqlanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Məlumata görə, indiyədək Rusiyanın 42 340-dən çox hərbi qulluqçusu məhv edilib.

 

“Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1811 tank, 4070 zirehli döyüş maşını, 960 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 192 helikopter, 754 PUA, 182 qanadlı raket, 15 gəmi, 2993 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir” - Baş Qərarbagdan bildirilib.

 

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbəri paylaş: