"Rusiya Gürcüstanın işğal olunmuş ərazilərindən, yəni Abxaziya və Cənubi Osetiyadan tez bir zamanda çıxmalıdır”.
Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) müharibənin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Rusiya 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir:
“Rusiyanı Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə çağırırıq. Bununla bərabər Rusiya qoşunlarını Gürcüstandan çıxarmalıdır”.










