"Türkiyə Qarabağ mövzusunda həmişə haqlının tərəfində olub. Haqlı tərəf Azərbaycandır, qardaş ölkənin torpaqlarını azad etməsini dəstəkləyirik”.
Rezonans.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə səfirlərinin 13-cü konfransının açılış mərasimində deyib.
"Hazırda Türkiyə regionda əməkdaşlıq üçün səylərini davam etdirir. İndi Ermənistana xatırladırıq ki, təxribatları davam etdirməsin. Biz regionda sabitlik üçün çalışırıq. Azərbaycanın haqlı savaşında sonuna qədər yanındayıq”,- deyə XİN başçısı Ermənistanı təxribatlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada Səfirlərin 13-cü Konfransı keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.










