Yaponiya hökuməti əhalinin dəstəyi səviyyəsinin azalması fonunda Baş nazir Fumio Kişida tərəfindən həyata keçirilən dəyişiklikdən əvvəl çərşənbə günü tam tərkibdə istefa verib.
Rezonans.az-ın məlumatına görə, Nazirlər Kabinetinin fövqəladə iclasında hökumətin bütün üzvləri müvafiq ərizələr təqdim edib və Baş nazir onları qəbul edib.
Yaxın bir neçə saat ərzində Nazirlər Kabinetinin yeni tərkibi açıqlanmalıdır.
Qeyd edək ki, Yaponiyada hökumətin tam tərkibdə istefa verməsi, Nazirlər Kabinetinin tərkibində dəyişikliklər ərəfəsində həyata keçirilən ənənəvi prosedurdur. İstefa verən nazirlər yeni kabinet formalaşanadək vəzifələrini formal olaraq həyata keçirirlər.
Hökumətin yeni tərkibində xarici işlər naziri Yoşimasa Hayaşinin və Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsunonun öz vəzifələrini saxlayacağı gözlənilir. Bununla yanaşı, müdafiə naziri Nabuo Kişinin Baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri təyin olunacağı bildirilir. Onun yerinə 2008-2009-cu illərdə ölkənin müdafiə naziri olmuş Yasukazu Hamadanın təyin olunacağı iddia edilir.










