ABŞ Tayvana silah tədarükünü sürətləndirəcək

img

ABŞ konqresmenləri Tayvana silah tədarükünü sürətləndirmək üçün tədbirlər hazırlayır.

 

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Miks məlumat verib.

 

O bildirib ki, bu tədbirlərə Tayvana müdafiə təyinatlı məhsulların tədarükü də daxildirlər.

 

“Biz hazırda Xarici Əlaqələr Komitəsində zəruri müdafiə məhsullarının daha tez əldə edilməsi üçün prosesi sürətləndirməyə kömək edəcək qanun layihələri üzərində işləyirik”, - konqresmen bildirib.

 

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edib. Çin Pelosinin səfərinə cavab verəcəyini bildirib.

Xəbəri paylaş: