Şimali Koreya lideri Kim Çen In epidemiya əleyhinə tədbirlərə həsr olunmuş iclasda koronavirus üzərində qələbəni elan edib.
Rezonans.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"Kim Çen In yeni koronavirusun məhv edilməsi üzrə son dərəcə təcili anti-epidemiya kampaniyasında qələbə qazanıldığını təntənəli şəkildə elan edib", - deyə məlumatda qeyd olunub.










