Aeroportun elektrik təchizatı tam bərpa olundu

img

Heydər Əliyev Beynəlxalq Aeroportunda elektrik təchizatı tam bərpa edilib.

 

Bu barədə Rezonans.az-a aeroportdan məlumat verilib.

 

Bildirilib ki, hazırda Bakı aeroportunun bütün infrastrukturu ştat rejimində fəaliyyət göstərir. Elektrik enerjisinin kəsilməsi təyyarələrin gəliş-gediş cədvəlinə ciddi təsir göstərməyib.

 

Enerji təchizatında yaranan problemlər səbəbindən aeroport operativ şəkildə ehtiyat enerji mənbələrinə keçirilmişdi.

Xəbəri paylaş: