Qanunsuz işdən çıxarılan 62 nəfər geri qaytarıldı

img

Bu il 62 nəfər əvvəlki işinə bərpa olub.

 

Bu barədə Rezonans.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

 

Məlumata əsasən, nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2022-ci ilin 7 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən 62 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

 

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həminişçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Xəbəri paylaş: