İstanbulda fəaliyyət göstərən Birgə Koordinasiya Mərkəzi bu gün Ukrayna limanlarından taxıl daşıyan iki gəminin yola salınmasına razılıq verib.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
Bildirilib ki, “Star Laura” quru yük gəmisi İranın Bəndər Xomeyni limanına çatdırılması planlaşdırılan 60,15 min ton qarğıdalı daşıyacaq. “Sormovskiy 121” yük gəmisi isə 3,05 min ton buğdanı Türkiyənin Tekirdağ limanına çatdıracaq.
Bundan əlavə, “Efe” və “Sara” quru yük gəmilərinin Odessa limanı istiqamətində keçidi təsdiqlənib. Gəmilərə cümə günü Mərmərə dənizinin sularında baxılacağı gözlənilir. Həmçinin 5,3 min ton günəbaxan yağı ilə İstanbula yola düşən “Rahmi Yagci” gəmisinə də baxış keçiriləcək.










