Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 43 200 hərbçisi məhv edilib.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Rusiya ordusunun digər döyüş itkiləri 1849 tank, 4108 zirehli döyüş maşını, 975 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 778 PUA, 185 qanadlı raket, 15 gəmi, 3021avtomobil texnikası və avtosistern, 90 xüsusi texnikadan ibarətdir.
Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb. Müharibə 171 gündür davam edir.










