Dövlət büdcəsinin qalığı 7 dəfə artıb

img

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 899,4 milyon manat təşkil edib.

 

Bu barədə Rezonans.az-Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, büdcə xərcləri 15 milyard 334,8 milyon manat təşkil edib.

 

Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 27,4 %, büdcə xərcləri isə 12,1 % artıb. Nəticədə büdcədə 2 564,6 milyon manat qalıq yaranıb. Bu isə ötən ilə nisbətən 7 dəfə çoxdur.

Xəbəri paylaş: