Ukrayna savaşı ilə bağlı film çəkiləcək

Ukrayna savaşı ilə bağlı film çəkiləcək

Məşhur fransız jurnalist və yazıçı Bernar-anri Levi Kiyevə gəlib.

 

Rezonans.az  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

 

Fransız jurnalistin Ukraynada baş verən müharibə barədə sənədli film çəkəcəyi bildirilir.

 

Kliçko söyləyib ki, bütün dünya həqiqəti bilməlidir:

 

"Dünya anlamalıdır ki, biz bu gün təkcə öz torpağımızı və gələcəyimizi deyil, eyni zamanda bütün Avropanın gələcəyini, demokratik dəyərlərini və azadlıq hüququnu qoruyuruq”.

Xəbəri paylaş: