Böyük Britaniya ordusunun hərbi təlimçiləri hərbi təcrübəsi az olan ukraynalılara kurs keçəcək.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
Kurs təxminən 10 000-ə qədər ukraynalını əhatə edəcək. Təlimlərdə ukraynalılar cəbhə bölgəsində döyüş əməliyyatlarında effektiv olmaq üçün həyati vacib bacarıqlar qazanırlar.
Bildirilir ki, proqram Böyük Britaniyanın Ukraynaya dəstək vermək üzrə öhdəliyinin bir hissəsidir.










